"Qarabağ" və millimizin müdafiəçisi Bədavi Hüseynovun zədəli olduğu barədə məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlamasında müdafiəçinin son durumu haqda məlumat verib:
"Bədavi Hüseynov artıq bir neçə gündür ki, fərdi məşqlərə başlayıb.Bir və ya iki günə artıq komandayla məşqlərə qatılacaq. Ümid edirəm ki, "Kəpəz"lə oyuna hazır olacaq"