Rahid Əmirquliyev qol hesabını dubulla açdı

Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ” "Əlincə Arena”da "Zirə”ni qəbul edir.

Newsport.az saytının verdiyi məluma görə, hal-hazırda davam edən matçda "Qarabağ” hesabı açan tərəf olub.  
 
Ağdam təmsilçisi 20-ci dəqiqədə Rahid Əmirquliyevlə hesabı açıb. Bu, millimizin futbolçusunun "Qarabağ”da vurduğu ilk rəsmi qol kimi tarixə düşüb.

Hal-Hazırda davam edən oyunun 38-ci dəqiqəsində Əmirquliyev növbəti dəfə fərqlənərək komandasının və özünün ikinci qolunu vurub.
 
Qeyd edək ki, Əmirquliyev "Qarabağ”da ilk qolunu yay toplanıpşı çərçivəsində Rusiyanın "Zenit” klubuna qarşı keçirilən yoxlama oyununda vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right