Araz Abdullayev "Qarabağ"a transferi barədə danışdı:"Bu haqda kiminləsə söhbətim olmayıb"

Azərabycan Premyer Liqasının V turu çərçivəsində baş tutan "İnter" - "Neftçi" (2-1) matından sonra qonaqların kapitanı Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb: 

- Səncə, "Qəbələ"yə ötən tur 8:0 uduzduğunuz oyunla müqayisədə bu gün necə təsir bağışladı?

- Bir dəqiqə… Qardaşımsan, normal sual ver də…

- Sualım normaldı.
- Oyun haqda sual ver də. Heç 8:0-ın yeridi..?

- 8:0-dan sonra bu oyuna hazırlaşmaq necə idi?

- Düzdü, çətin idi. Amma heyəti yenidən toparlaya bildik. Bildiyiniz kimi, komandamızda da bir sıra dəyişikliklər oldu. Hiss edirəm ki, bu komanda daha yaxşı təsir bağışlaya bilər. "İnter”ə qarşı oyunumuz pis alınmadı. Bundan əvvəlki oyunlarda komanda şəkilində çox dağınıq oynayırdıq. Bu gün göstərdik ki, qələbə qazana bilərik. Məğlub olduq. Amma gələcək oyunlara ümid var. Fikirləşirəm ki, belə davam etsək, növbəti turlarda lazımi nəticəni qazana bilərik. 

 
- Komandanın dağınıq olmasını dedin. Səncə, Vəli Qasımov komandanı yığa bilmirdi?
- Belə deyək, komanda uğursuzluq yaşayır və "qara zolaq”a düşür. Komanda bu dəfə keçmiş oyunlarından daha yaxşı oynadı. 
 
- Ancaq turnir cədvəlində aşağı pillələrə yuvarlanırsız...
- Xalları boş-boşuna xərcləməməliyik. Bacardığımız qədər xallar toplamalıyıq. Amma futbolda belə nəticələr olur. Kim gözləyərdi ki, 5 dəqiqəyə 2 qol buraxaq? 
 
- Sənin imkanların çox genişdi, amma son ötürməni verməkdə çətinlik çəkirsən...
- Qətiyyən belə düşünmürəm. Mən sırf olaraq komanda üçün çalışıram. Fikrim kollektivə köməklik etməkdi.
 
- 1:0-dan sonra nə oldu ki, iki qol buraxdınız?
- Biz də məğlub olmaq istəmirdik. Ehtiyat oyunçular skamiyamız da müəyyən qədər geniş deyil. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq.
 
- Komandanın fiziki hazırlıq baxımından əziyyət çəkdiyini düşünmürsən?
- Çempionata yaxşı başlamasaq da, toparlanmağa çalışırıq. Düşünmürəm ki, bizim fiziki durumumuz zəifdi. Kapitan olaraq komandanın potensialına güvənirəm. Bilirəm ki, gələcək oyunlarda potensialımızı daha da yüksəldəcəyik.

- Müşahidə Şurasının sədri Çingiz Abdullayev qarşılaşmadan sonra paltardəyişmə otağına gəldi. Nə dedi sizə?

- Dedi, oyun normal keçdi, komanda pis təsir bağışlamadı. Bizə gələcək turlarda uğurlar arzuladı. 

- Qısacası, sizə təsəlli verdi.
- Belə demək olar.

- Son günlər "Qarabağ"a transferinlə bağlı mətbuatda xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsən?

- Vallah, mən də bu haqda saytlardan oxumuşam.

- Qalırsan "Neftçi"də?
- Müqaviləm var. "Qarabağ"dan kiminləsə bu haqda söhbətim olmayıb. "Neftçi"dən getməyə hazırlaşmıram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right