Kvekveskirinin ayağı gipsə qoyuldu

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Anderlext”ə qarşı keçirilən oyundan öncə zədələnən "Qəbələ”nin futbolçusu Nika Kvekveskirinin durumu heç də ürəkaçan deyil.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı yarımmüdafiəçi sabah AZAL-a qarşı keçiriləcək Premyer Liqa matçında da iştirak etməyəcək. 
 
Əldə etdiyimiz məlumata  görə, onun ayağına xüsusi gips qoyulub. Bir həftədən sonra o, təkrar müayinə olunacaq. Kvekveskirinin ayağına gematoma  yığılıb deyə, onun zədəsinin nə yerdə olduğu MRT amanı müəyyən olunmayıb. 
 
Qeyd edək ki, Nika ilə yanaşı Elvin Camalovun da zədəsi davam edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right