"Qarabağ”da növbəti ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, Əl Jadeyui Əl Hərbi Ağdam klubunu tərk edib.
Bu barədə futbolçunun özü məlumat verib. Heyətə düşməkdə çətinlik çəkən mərakeşli "atlılar”dan qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Onun yeni klubunun adına yaxın günlərdə aydınlıq gəlməldi. Futbolçu azad agent statusu daşıdığından onun başqa bir kluba keçməsində problem yaranmayacaq.
Qeyd edək ki, "Qarabağ”da illik məvacibi 300 min dollar civarında olan 30 yaşlı yarımmüdafiəçi son çempiona ötən il Fransanın "Lans” klubundan transfer olunmuşdu.
Futbol11.az