Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçı Sumqayıtda oynanılacaq. Eyniadlı komanda “Kəpəz”lə görüşəcək. Ötən tur mövsümdə ilk qələbəsini qazanan Gəncə klubu yenə də eyni uğuru təkrarlamaq fikrindədir. “Sumqayıt” isə ardıcıl 3 məğlubiyyətdən sonra xal qazanmağa çalışacaq.
Günün ikinci oyunu “İnter Arena”da keçiriləcək. Son turda biabır olan “Neftçi” 4 turdan sonra ikinci pillədə qərarlaşan “İnter”in qonağı olacaq. Paytaxt derbisi Elxan Abdullayevin “Neftçi”dəki debütu ilə yadda qalacaq.
Premyer Liqa
V tur
18 sentyabr
20:00 “İnter” – “Neftçi” 2-1
Qollar: Araz Abdullayev, 67-pen (0:1), Rauf Əliyev, 87 (1:1), 90+2 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”
18:00 “Sumqayıt” - “Kəpəz” 1-1
Qollar: Vaqif Cavadov, 69 (1:0), Kərim Diniyev, 72 (1:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”