"Neftçi"də yeni məşqçi

"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin bütün köməkçiləri müəyyənləşib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.

Andrey Kolesnikov Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. O, hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl əsas komandada məşqçi vəzifəsinə İqor Getman və qapıçılar üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin edilib.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right