Millimiz İspaniyaya uduzdu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda İspaniya komandası ilə qarşılaşıb. Qarşılaşma 7:0 hesabı ilə ispaniyalı futbolçuların xeyrinə başa çatıb.

Millimiz seçmə mərhələdəki son oyununu Latviyaya qarşı keçirəcək. Görüş sentyabrın 20-i, saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right