Vəli Qasımovun komandadan göndərilməsindən sonra "Neftçi"nin "sükanı arxası"na gətirilən Elxan Abdullayev məşqçilər korpusunu formalaşdırmağa çalışır.
Newsport.az-ın məlumatına görə, millinin məşqçisi Mahmud Qurbanovun da "ağ-qaralar"a keçidi gündəmdə olub.
Belə ki, bakılılar Mahmudova "Neftçi"də çalışmağı təklif edib. Ancaq Mahmud bəy bu təklifi qəbul ətməyib.
Bunu saytımıza veteran futbolçunun öz də təsdiqləyib: "Bəli, mənə belə bir təklif edilib. Təklifə görə də onlara təşəkkürümü bildirirəm. Ancaq yığmada çalışdığım bu təklifi qəbul etmədim".