"Kəpəz" Bakıda hazırlaşır

"Kəpəz” Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə qarşılaşacağı "Sumqayıt” ilə oyunun hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, komanda Bakıda məşq edir.
 
"Zirə” ilə oyundan sonra bir gün istirahət edən "sarı-göylər” sentyabrın 13-dən çalışmalara start verib. Gəncə təmsilçisi "Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. Zədə səbəbindən "Zirə” ilə oyunu buraxan Tural Nərimanov fərdi şəkildə məşqlərə başlayıb.
 
"Şərurspor”a qarşı yoxlama oyununda sıradan çıxan müdafiəçinin sağ ayağının aşıq-topuq oynağı burxulub. Nərimanovun durumu həkim nəzarətindədir. Onun "Sumqayıt” ilə çempionat matçında oynayıb-oynamayacağına həftə sonuna kimi aydınlıq gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right