19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşacaq. Saat 19:00-da başlayacaq qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
19:00. Azərbaycan - Ukrayna
Baş hakim: Cristina Bujor (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandra Theodora Apostu (Rumıniya), Tiziana Trasciatti (İtaliya)
Dördüncü hakim: Graziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Olesea Berdea (Moldova)
Hakim-inspektor: Albano Janku (Albaniya)