"Qarabağ"a oynamağa imkan verməməliyik" - Milan Baroş

"Axırıncı dəfə avrokubokda Türkiyədə "Qalatasaray”da oynamışam. Yenidən qrup mərhələsində oynayacağım üçün şadam”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Slovan” klubunun futbolçusu Milan Baroş deyib. Çexiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”ın qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında qonaqların tanınmış hücumçusu bunları deyib: "Qrup mərhələsi üçün hazırıq. Bütün futbolçular sabahkı matçı gözləyirlər”.
 - "Qalatasaray”da oynadığınız gücdəsiz, yoxsa qocaldığınızı hiss edirsiz?
- Xeyr, qocalmamışam (gülür). Əziyyət çəkmirəm. Özümü güclü hiss edirəm. Oynamağa da hazıram. Bəli, bir mövsümdə 35 oyun keçirmirəm. Amma özümü sabahkı matça hazır hesab edirəm.
 - Kapitanın yoxluğu sabahkı oyuna təsir edəcək?
- Əlbəttə ki, onun yoxluğu hiss olunacaq, çünki kapitandı. Amma bu, olan şeydi. Digər futbolçular əllərindən gələni edəcəklər. 
- "Qarabağ”ın heyətində sabah yaşlı futbolçu Rəşad Sadıqov olacaq. Bunu qol vurmaq baxımından özünüz üçün şans hesab edirsizmi?
- Biz rəqibin oyununa komanda şəklində fikir vermişik. "Qarabağ”ın bir çox görüşünə baxmışıq. Çalışacağıq ki, öz taktikamızı yeridək. Yalnız bu halda nəticə əldə edə bilərik.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right