"Neftçi"nin yeni baş məşqçisi rəsmən açıqlandı

"Neftçi"nin son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:

- "A” komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev təyin edilsin, müqaviləsi mövsümün sonuna kimi bağlanılsın;
- Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov təyin edilsin;
- Klubun idman direktoru vəzifəsinə Orxan Hüseynzadə təyin edilsin;
- Klubun inzibati işlər üzrə baş meneceri vəzifəsinə İslam Abbasov təyin edilsin;
- Klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdirilsin.

Klubun yeni əməkdaşları haqqında ətraflı məlumat qısa zamanda saytımızda yerləşdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right