"Qarabağ"a rəqib olduğumuz üçün sevinmədim"

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ” "Slovan”ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görəoyundan 1 gün öncə keçiriləcək mətbuat konfransında Çexiya təmsilçisinin baş məşqçisi Hendrix Trpişovski jurnalistlərin suallarını cavablandırıb:

 
"Biz bu oyuna ciddi hazırlaşmışıq. Bakıda olduğumuza görə çox şadıq”. 
 
- "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Milan Baroşa qarşı xüsusi hazırlaşdıqlarını dedi. Bəs, siz "Qarabağ”ın hansı oyunçusuna qarşı xüsusi tədbirlər görmüsünüz?
- Biz "Qarabağ”ın oyunlarına çox baxmışıq. "Qarabağ” hüxumda və müdafiədə yaxşı oynayır. Topu özümüzdə çox saxlamağa çalışacağıq. Çalışacağıq ki, müdafiə futbolu oynamayaq və "Qarabağ”a top saxlamağa imkan verməyək.
 
- "Qarabağ”a rəqib olmaq sizin üçün münasibdimi?
- "Qarabağ”a rəqib olduğumuz üçün sevinmədik. Çünki "Qarabağ” güclü komandadı. "Qarabağ” güclü olsa da, sabah onları məğlub etməyə çalışacağıq. 
 
- İlk oyunun "Qarabağ”a qarşı olması sizə sərf edirmi?
- Qrupun favoriti "Fiorentina”dı. Mərhələni keçmək üçün "Qarabağ”ı məğlub etməliyik. İlk oyunun hansı komandaya qarşı olmasının bizim üçün önəmi yoxdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right