Qurban Qurbanov: "Baroşa xüsusi diqqət ayıracağıq"

"İlk öncə hər birinizə və "Qəbələ”yə uğurlar arzu edirəm. Qrup mərhələsini səbrsizliklə gözləyirdik. Kiçik turnirdi və ciddi oynamalıyıq. "Slovan”a qarşı ciddi mübarizə aparmalıyıq. "Slovan” qrup mərhələsinə ancaq qələbələrlə gəlib. Rəqibimizin çox yaxşı nəticələri var. Belə bir rəqibə qarşı oynamaq çətin və maraqlı olacaq. Uğurlu nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.

Newsport.az-ın məlumatına görəbu sözlər "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. 
 
Təcrübəli çalışdırıcı Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah "Slovan”a qarşı baş tutacaq matçdan öncə jurnalistlərin suallarını cavablandırıb: 
 
- Heyətdə hansı dəyişikliklər olacaq?
- Ola bilər heyətdə dəyişiklik olsun. Ancaq ciddi dəyişikliyə yol verməyəcəm. 
 
- Stadionun son durumu sizi qane edirmi?
- Normaldı. Dünən məşqdə olduq. Düşünürəm ki, hər şey yaxşı idi. 
 
- Stadion problem komandaya təsir edəcəkmi?

- Məncə, bu amilləri abartmayaq. Bizim oyuna çox az vaxtımız qalıb. Biz bu barədə düşünmürük. Şəraitdən düzgün yararlanmağa çalışacağıq. Əlbəttə, çoxsaylı azarkeşlər önündə oynamaq istəyirdik. Ancaq bu gün belə alındı. Hazırda diqqətimiz yalnız sabahkı oyuna yönəlib və digər şeylər haqqında düşünmürük.
 
- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?
- Çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadı, kombinasiyalı oyuna imkan vermir. Bir-iki qol vəziyyətləri olsa belə, ondan istifadə etməyə çalışacaqlar. "Qarabağ” olaraq, əlimizdə imkan varsa, ondan istifadə etməliyik.
 - "Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var. Ona qarşı hansısa xüsusi tədbir görmüsünüzmü?
- Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu var. Hücumun tamamlanması və davam etdirilməsində rolu böyükdü. Topa yaxşı nəzarət edir. Ondan topu almaq çətindi. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək müdafiəçini oynatmaq yoxdu. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan futbolçumuz Baroşa imkan verməməlidi. Rəqibin digər oyunçuları ilə müqayisədə, Baroşa xüsusi diqqət ayrılacaq.
 - Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiz. Əvvəlki həyəcan varmı?
- İdmanda təcrübə artdıqca həyəcan daim çoxalır. Təki həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik. Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki avrokuboklara vəsiqə çempionatda qazanılır.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right