AFFA "Qarabağ"ı cəzalandırdı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqanın 4-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Newsport.az-ın məlumatına görə, "Neftçi” – "Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində "Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

"Kəpəz” – "Zirə” matçında "Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının IV turunun "Qarabağ” – AZAL matçında ev sahibi "Qarabağ” oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right