Emil Balayev Almaniya klubunda

Milli komandamızın sabiq üzvü Emil Balayevin yeni komandasının adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, gənc qolkiper karyerasını yenidən Almaniyada davam etdirəcək. Son olaraq Frankfurtun "Ayntraxt" klubunda oynayan futbolçu bu dəfə Braunşveyqin "Ayntraxt" klubuna keçib. Hazırda Almaniyada olan futbolçu yaxın günlərdə yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək. Emilin II Bundeslıiqası ilə imzalayaağı müqavilənin şərtləri isə həlləlik bəlli deyil. 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi son olaraq çıxış etdiyi "Ayntraxt"da rəsmi oyuna çıxmamışdı. Qolkiper "Ayntraxt"dan ayrıldıqdan sonra formada qalmaq üçün millimizin qapıçı məşqçisi Faqi Əzizovun rəhbərliyi altında, daha sonra isə "Qarabağ"da məşq edirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right