Millimizin baş məşqçisi qələbəni şərh etdi

“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Milton Luis Ziller Junior dünya çempionatının final mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, indiki məqamda qalibiyyətdən zövq almağı bacarmalı olduqlarını bildirib:

"Amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right