"Bu, ən vacib məsələlərdən biridi" - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- 1 aydı oynamırdıq. Ən çox qorxduğumuz o idi ki, futbolçularımız həyəcanlı olar. Qorxduğumuz başımıza gəldi. İlk dəqiqələrdə həyəcanlı görünürdülər. Bəlkə də uzun müddətdi oynamamağmızın fəsadıdı. Çempionatda fasilə olmasaydı, bəlkə də başqa cür olardı.

- Yusif Nəbiyev yoldaşlıq oyunlarında meydana çıxsa da, bu gün start heyətində yer almamışdı. Həmçinin, komandanız standart vəziyyətləri yerinə yetirəndə futbolçular topu bölüşə bilmirdi...

- Yusifin dünən problemi oldu. Ona görə planımızda dəyişiklik edib, Azəri meydana buraxdıq. O ki, qaldı standart vəziyyətə, bunun səbəbini bilmirəm.

- Legionersiz oynamaq çətin deyil?

- Nə deyəcəyimi bilmirəm. Çempionatn əvvəlində də demişəm, bu, ən vacib məsələlərdən biridi. Olmayacaq şeydən danışmaq mənasızdı. Hamı istəyər ki, əlinin altında 2-3 səviyyəli legioner olsun.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right