Qurban Qurbanov üçün ilk

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL oyununda qeydə alınan 6:0 hesabı rekordla əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazanıb. 

2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə belə qələbə qazanmamışdı. "Qarabağ"ın həm tarixində, həm də çempionatdakı sonuncu dəfə 6 və ya daha çox top fərqilə qələbəsi 2003/04 mövsümünə təsadüf etmişdi. 2003-cü il avqustun 8-də Ağdam təmsilçisi “Ədliyyə”ni 7 cavabsız qolla üstələmişdi. “Qarabağ”da 6 top fərqi ilə qələbəsi olmayan Qurbanov üçün bu qələbə baş məşqçilik karyerasının da rekordudur. 

O, “ağ-göylər”ədək rəhbərlik etdiyi “Neftçi”də də belə fərqlə qələbəyə sevinməmişdi. AZAL isə ölkə çempionatlarındakı antirekordunu təkrarlayıb. AZAL-ın 2005-ci ildən çıxış etdiyi yüksək dəstədə ən ağır məğlubiyyəti 6 top fərqilə olmuşdu. Bakılılar 2011-ci il dekabrın 11-də “Neftçi”yə uduzmuşdu – 1:7. 5 ildən sonra antirekordunu təkrarlayan “təyyarəçilər” Premyer Liqada ikinci dəfə 6 top fərqilə yenilib.

pfl.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right