Lay-lay, 0:8 "Neftçi", a laylay

"Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. “Əlincə Arena”da keçirilən qarşılaşmada "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə "Neftçi" SSRİ və Azərbaycan çempionatı tarixində ən böyük hesablı məğlubiyyətini yaşayıb.
Bundan əvvəl "Neftçi" cəmi 1 dəfə bu hesabla uduzub. Bu, UEFA kubokunda Polşanın "Vidzev" klubu ilə görüşdə baş verib.İdman yazarı Firuz Abdulla "Neftçi"nin bu tarixi məğlubiyyətinə öz "feyzbuk" səhifəsində şeirlə münasibət bildirib.

Həmən şeiri olduğu kimə sizə təqdim edirik

Bəxtinə rənginin qarası düşdü, 
Sağalmaz "Masazır yarası" düşdü, 
Yubiley ilidi, vaaay, yası düşdü, 
Lay-lay, 0:8 "Neftçi", a laylay.

Sındı azarkeşin qanadı-qolu, 
Necə buraxdın sən o qədər qolu?! 
Qan ağlayır Bakı-Masazır yolu, 
Lay-lay, 0:8 "Neftçi", a lay-lay.

Axan göz yaşının suyuna qurban, 
Oynayammadığın oyuna qurban, 
Müşahidə Şuran boyuna qurban, 
Lay-lay, 0:8 "Neftçi", a lay-lay.

Yazıçı, aktyor, bəstəkar - səndə, 
Hər cür sənət üzrə sənətkar - səndə, 
Bəs haran ağrıyır, de, nə var səndə?! 
Lay-lay, 0:8 "Neftçi", a lay-lay.

"Qəbələ" "insafsız", sən üzüyola, 
Bir dastan yaraşır o 8 qola, 
Tövbə elətdirmə bizi futbola, 
Lay-lay, 0:8 "Neftçi", a lay-lay.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right