Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" "Qəbələ"ni qəbul edir.
Newsport.az-ın məlumatına görə, oyunun ilk hissəsi "qırmızı-qaralar"ın 5:0 hesablı qələbəsiylə nəticələnib. Matçda "Neftçi"nin qapısından 5-ci topu bir müddət öncə klubdan narazılıqla ayrılan Ruslan Qurbanov keçirib.
Ancaq Ruslan vurduğu bu qolu qeyd etməməklə, uzun illər üzvü olduğu komandaya hörmətini nümayiş etdirib.