Çimərlik futbolu üzrə FİFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, millimiz 3:4 hesabı ilə Çexiya yığmasına məğlub olub. Futbolçularımızdan Asif Zeynalov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.