"Əlincə Arena"da istefa şuarları: "Rədd olun!"

Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Qəbələ"ni qəbul edir.
Newsport.az saytının məlumatına görə, "Əlincə Arena"da keçirilən qarşılaşmada bakılı azarkeşləır əvvəlcədən söz verdiyi kimi, klub rəhbərliyini istefaya səsləyirlər. 
 
Belə ki, oyun başlar-başlamaz "Şura istefa, rədd olub çıxın gedin" şuarları səsləndirirlər. 
 
 Bundan başqa, onlar klubun ünvanına xoşagəlməz ifadələr də deyirlər.
 
Qeyd edək ki, ilk 16 dəqiqədən sonra "Neftçi" qapısında 3 qol görüb. Bu da, yerli azarkeşləri daha da qıcıqlandırıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right