"Neftçi" Vəli Qasımovun durumuna aydınlıq gətirdi

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssisin vəziyyəti stabildi.

Belə ki, gecə saatlarında xəstəxanaya yerləşdirilən baş məşqçi artıq evə buraxılıb. “Neftçi”nin yaydığı məlumatda bildirilir ki, Qasımov stasionar şəraitdə müalicəsini davam etdirir: “Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildi və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir. "Neftçi” Vəli Qasımova tezliklə sağalaraq, iş fəaliyyətini davam etdirməyi arzulayır”. 

Qeyd edək ki, Qasımov səhhəti ilə bağlı bu gün “Neftçi”ni “Qəbələ” ilə oyuna çıxara bilməyəcək. Onu köməkçisi Tofiq Mustafayev əvəzləyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right