Vəli Qasımov xəstəxanaya yerləşdirilib

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov arterial təzyiqi yüksəldiyi üçün xəstəxanaya yerləşdirilib.

Newsport.az-ın məlumatına görə, bunu saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov deyib. Onun sözlərinə görə, Vəli bəy gecə saatlarında ürək ağrısından şikayətləndiyi üçün xəstəxanaya üz tutub və orada qalmalı olub.

"Neftçi" bu gün Premyer Liqanın IV turunda "Qəbələ" ilə qarşılaşacaq. Həmin oyuna komandanı köməkçi məşqçi Tofiq Mustafayev çıxaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right