Samir Məsimovsuz "Domjale" qalib gəldi

Futbol üzrə Sloveniya çempionatında 8-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Aluminij" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Samir ilk 7 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Domjale" 8 turdan sonra 14 xalla 10 klub arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right