Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tur davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha bir görüş baş tutub.
"Neftçi" ev oyununda "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Əvəzedicilərin çempionatı
4-cü tur
9 sentyabr
"Neftçi" - "Qəbələ" - 2:2
Qollar: Cavid İmamverdiyev, 27. Orxan Qurbanlı, 54 - Ramil Hasanov, 49-pen. Ülvi İsgəndərov, 86-pen.