Qara Qarayev: "Bu il qrupdan çıxmaq şanslarımız daha yüksəkdir" MÜSAHİBƏ

Azərbaycan yığma komandasının və "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Qara Qarayevin Newsport.az saytına müsahibəsi: 
 - Əvvəlcə San Marinoyla oyun haqqında fikirlərini bildirərdin.
- Ora qələbə üçün getmişdik. Futbolda belə hallar olur. Top qapıya girməyəndə girmir. Özünüz də gördünüz ki, nə qədər yüz faizli qol vəziyyəti yaratdıq. Ancaq əsas odur ki, vətənə 3 xalla qayıtdıq. Buna görə də sevincliyik.
 
- Emin Mahmudovla Ramil Şeydayev az müddət meydanda olsalar da, məşqlərdə bir yerdə olmusunuz. Onlar haqqında nə deyə bilərsən? Yığmaya fayda verə biləcək futbolçulardır?
- Gənc oyunçulardır. Gələcəkdə əsas komandaya çox kömək edə bilərlər. Potensialları var. U-17-də Eminlə birgə oynamışam. Həm futbolçu, həm də insani keyfiyyətlərinə söz ola bilməz. Ramil də onun kimi. Bizdən 3-4 yaş gəncdi. Onun da gələcəkdə milliyə ən çox kömək edən futbolçulardan olacağını düşünürəm. Bizim üçün xeyirli transferlər oldu. Bəlkə də bir qədər gec baş verdi. Amma əsas odur ki, yekunda yığmamızı seçdilər.

 
- Bu seçmə mərhələdə millidən nə gözləmək olar?
- Həqiqətən çox çətin qrupa düşmüşük. San Marinonu istisna etsək, qalan rəqiblər Avropa çempionatında oynamış komandalardı. Norveç isə son anda vəsiqəni əldən verdi. AÇ-yə qatılmaq şansları çox yüksək idi. Amma komandamıza inanıram. Xüsusən Bakıdakı oyunlarda qələbə qazanmaq şanslarımız daha yüksəkdir. 

 
- Bu gün AZAL-a qarşı oynayacaqsınız. Bu oyun haqqında nə deyə bilərsən?
- Bizim işimiz daim qələbə qazanmaq və əlimizdən gələnin ən yaxşısını etməkdir. AZAL-la oyunun qarşıdakı "Slovan"la görüşdən fərqləndiyini düşünmürəm. Bizim üçün eyni məsuliyyət kəsb edir. Bizi yaxşı oyun gözləyir. AZAL çox yaxşı komandadır. Tərlan müəllim orda çox işlər görüb. Həm müdafiə olunmağı, həm də qol vurmağı bacarırlar. Bizə qarşı da yüksək motivasiya ilə oynayacaqlar. İnşallah, qələbə qazanarıq.
 
- “Slovan”la matç haqda nə düşünürsən?
- “Slovan”la matç çempionat oyunundan fərqli olacaq. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Evdə mütləq qələbə qazanmalıyıq.
 
- Hamı "Slovan”la ev oyunununun Olimpiya stadionunda olacağını düşünsə də, qarşılaşma "Dalğa Arena”da olacaq. Arenanın azarkeş tutumunun az olması sizə mənfir təsir etməyəcək?
- Biz istərdik ki, oyun böyük stadionda olsun. Ancaq hər bir halda normal meydançada oynamağa çalışmalıyıq. Bəlkə də, indi Olimpiya stadionun ot örtüyü yaxşıdı. Ancaq biz heç də o stadionun ot örtüyü yaxşı olsaydı hər halda halda rəhbərlik başqa stadionu seçməzdi. Biz azarkeşləri də daim düşünürük. "Dalğa Arena”da sadəcə, bir oyun olacaq.İnanırıq ki, azarkeşlərimiz bizə öz dəstəklərini orda da verəcəklər.
 
- Avroliqanın qrup oyunlarından nə gözləyək?
- İndidən qrup mərhələsindən çıxmaq haqqında düşünsək, uğursuzluqla üzləşə bilərik. Bizə lazımdır ki, həftəlik-günlük hədəf üzərində işləyək. Bu il qrupdan çıxmaq şanslarımız daha yüksəkdir. Amma buna heç kim zəmanət vermir. Rəqiblərin heç biri bizdən zəif deyil.Deyərdim ki, güclüdülər.
 
Hacı Mərdan 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right