Çimərlik futbolu üzrə milli komandamız FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, İsveçrə milli ilə qarşılaşan komandamız 6:7 hesabı ilə uduzub.
Komandamızdan Asif Zeynalov dubl edib. Digər qolları isə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov olub.
Xatırladaq ki, millimiz ilk oyunda İspaniyaya 4:2 hesabı ilə qalib gəlmişdi.