"Qəbələ" - "Dinamo" matçlarının vaxtı bəlli oldu

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək. 

Öncədən ayın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə əvvəl baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunu oktyabrın 19-da baş tutacaq. Qarşılaşma Ximkidəki “Rodina” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right