AZAL yay transfer pəncərəsində heyətinə qatdığı Ramazan Abbasovla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, "təyyarəçilər"in çalışdırıcısı Tərlan Əhmədov təcrübəli futbolçunun xidmətinə ehtiyac duymayıb.
Abbasov artıq özünə yeni klub da tapıb. AZAL-dan ayrılan futbolçu karyerasını I Divizionda davam etdirəcək. 33 yaşlı yarımmüdafiəçi "Səbail"lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ramazan Abbasov AZAL-ın heyətində Premyer Liqada debüt etməyib. O, paytaxt klubunda yoldaşlıq görüşlərində iştirak edib.