"Şeydayev "Trabzonspor"da oynayır deyə, coşqu ilə qarşılanır" - Mahir Mədətov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Mahir Mədətov Farer adaları ilə oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissədə yaxşı oynamadıq, üstəlik qol da buraxdıq. Fasilədə uşaqlarla söhbətləşdik ki, oyunu qaytarmalıyıq. Məğlubiyyət haqda heç düşünmürdük. Qələbə qazanmaq, xal ehtiyatımızı artırmaq üçün mübarizə aparırdıq. Uduzmaq olmazdı, sonuncu ev oyunumuz idi, azarkeşlərlə qalib kimi vidalaşmaq istəyirdik. Alınmadı...
 
- Əslində böyükhesablı qələbə gözlənilirdi millidən. İkinci hissədə fürsətlər də çox oldu. Niyə qol vurmaq bu qədər müşkülə çevrildi?
- Arxayınçılıq yox idi. Hazırlıq prosesini də yaxşı keçirmişdik. Oyun ərzində çoxsaylı imkanlarımız oldu. Futbolun bu üzü də var. Çalışmalıyıq ki, növbəti oyunlarda bu imkanları boşa verməyək.
 
- Bəlkə problem baş məşqçi ilə bağlıdı?
- Qətiyyən yox. Yaşar müəllim bizə dəstək olur, yaxşı nəticə qazanmağımız üçün əlindən gələni edir. Onun haqqında bir söz deyə bilmərəm.
 
- Biabırçı məğlubiyyətdən siz xilas etdiniz millini. Vurduğunuz qol haqda nə düşünürsüz?
- İkinci hissədə toparlandıq. Rəqibin vurduğu qolu da özümüz hədiyyə etdik. Onlar müdafiəyə çəkilmişdilər. Boşluq verdik, qol vurdular. Cavab qolunu kimin vurmasının əhəmiyyəti yoxdu. Başqası da fərqlənə bilərdi. Əsas yığmanın uğur qazanmasıdı.
 
- Ramil Şeydayevlə demək olar, həmyaşıdsınız. Onun bu cür səs-küylü gəlişi sizə təsir edirmi?
- Ramil Rusiya yığmasında, "Zenit”də çıxış edib, hazırda "Trabzonspor” klubunda oynayır deyə, azarkeşlər bu cür çoşqu ilə qarşılayırlar onu. Onunla bağlı bir söz deyə bilmərəm. İşim, məşqlərimi keçmək, klubuma və milliyə kömək etməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right