“Komandada müəyyən ağırlıq var” – Şahin Diniyev

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” iki mərhələli hazırlıq dövrü keçib. Komanda həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və “Şərurspor” ilə yoxlama matçlarında qüvvəsini sınayıb. 

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına komandanın fasilə dövründəki hazırlığından bəhs edib:
 
“Çalışdıq ki, fasilə müddətindən səmərli istifadə edək. “İnter” ilə çempionat oyunu komandanın formaya düşdüyünü, ritmi tutduğunu göstərdi. Çempionatda yaranan fasiləni sığortalamaq üçün hazırlıq dövrünü iki beş günlük mərhələyə böldük. İlk olaraq daha çox fiziki hazırlığın üzərində işlədik. Yorğunluq fonunda U-21 yığması yoxlama matçı keçirdik. Bu oyunda iki heyətlə çıxış etməklə bütün futbolçulara meydana çıxmaq şansı verdik. Sonrakı mərhələdə taktiki hazırlığa üstünlük verib, yekunda “Şərurspor” ilə oynadıq. Fiziki çalışmalardan sonra hələlik komandada müəyyən ağırlıq var. Bu həftə məşqlərimiz taktiki və texnik hazırlıq üzərində qurulub. Standartlar, hücum və müdafiə zamanı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik. Bütün məşqlərimiz “Zirə” ilə oyuna köklənmiş hazırlıq olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right