Rövnəq Abdullayevin oğlu klub rəhbəri oldu

"Səbail"inn I divizyonda ilk oyununa 2 gün qaldı. 

Newsport.az-ın məlumatına görə, oyunlar ərəfəsində "Səbail" Futbol Klubunun Müşahidə Şurası ənənəvi hesabat iclası keçirib. 

Bayıl Arenada baş tutan iclasda komandanın oyunlara hazırlıq prosesi, təşkilat işləri ətraflı müzakirə olunub.

Daha sonra klubun Müşahidə Şurasının sədri vəzifəsinə seçki keçirilib. Rəşad Rövnəq oğlu Abdullayev yekdilliklə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının Sədri seçilib. Müşahidə Şurasının sabiq sədri Yusif Həsənov isə MŞ-nin qərarı ilə klubun icraçı direktoru vəzifəsinə təyin olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right