Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, 7-ci qrupda mübarizə aparan Azərbaycan yığması da növbəti matçına çıxacaq.
Yaşar Vahabzadənin yetirmələri son ev oyununda Farer adaları ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupda üçüncü yeri tutmaq şansını saxlayan komandamız bunun üçün səfərdə 1:0 hesabıyla məğlub etdiyi zəif rəqibinə növbəti dəfə qalib gəlməlidir.
6 sentyabr
AÇ-2017-nin seçmə mərhələsi
18:00. Azərbaycan – Farer adaları - 1:1
Qol: Ari Mohr Olsen, 40 (0:1), Mahir Mədətov, 88 (1:1)
Hakimlər: Dmitri Muntyan, Vitali Qorbatov, Vlad Lifçiu, Yuri Kovtun (hamısı Moldova).
Bakı. “Dalğa Arena”.