Millimiz Bolqarıstana qalib gəlib, növbəti mərhələyə vəsiqə qazandı

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 4:1.

Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.

Beləliklə, Zeynal Zeynalovun yetirmələri daha bir uğura imza ataraq seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz əvvəlki oyunlarında Fransaya uduzmuş (2:3), Macarıstana qalib gəlmişdi (7:3).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right