AFFA-nın Lisenziyalaşdırma qrupu ardıcıl 3-cü dəfə illik hesabat hazırlayıb.
Newsport.az-ın məlumatına görə, hesabat ötən mövsümü əhatə edir.
Hesabatda lisenziyalaşdırma üzrə statistik göstəricilər, 2015/2016-cı il lisenziyalaşdırma mövsümündə qaydalarda dəyişikliklər, mövsüm ərzində keçirilmiş treninqlər, seminarlar və görüşlər, meyarlar üzrə statistik göstəricilər yer alıb.
Hesabatda göstərilib ki, 2004-cü ildən etibarən klublara 120 lisenziya verilib (85 – UEFA, 35 – PL). Əvvəlki mövsümə nisbətən uşaq-gənclər komandaların sayı 7% azalıb. Statistikaya əsasən, mövsüm ərzində ən böyük azarkeş ordusuna "Kəpəz” klubu sahib olub (orta hesabla hər ev oyununda 13.369 nəfər). Əvvəlki mövsümə nisbətən Premyer Liqa klublarında çalışan azərbaycanlı məşqçilərin sayı 83%-dən 94%-dək artıb, klubların ümumi gəlir və xərcləri azalıb. Həm Premyer Liqa, həm də UEFA oyunlarına bilet satışından olan ümumi gəlirlər artıb.