"Qarabağ" hələ də gözləyir

Avropa Liqasının qrup mərhələsinin ilk matçında Çexiyanın "Slovan" klubunu qəbul edəcək "Qarabağ" qarşılaşmanın "Dalğa Arena"da keçirilməsi üçün UEFA-ya müraciət edib.
Newsport.az-ın məlumatına görə, ötən həfdə qitənin ali futbol qurumunun nümayəndələri də Bakıya təşrif buyuraraq, stadiona baxış keçirib.
 
Görəsən, UEFA "Qarabağ"a razılıq veribmi? Məsələni dəqiqləşdirmək üçün Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. O isə açıqlamasında məsələnin dəqiqləşmədiyini, UEFA-dan cavab gözlədiklərini bildirdi. 
 
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right