“İnter” – “Zirə” oyununun vaxtı dəyişdirildi

Premyer Liqanın VII turunda keçiriləcək “İnter” – “Zirə” matçının vaxtı dəyişdirilib. 

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı səbəb olub.
 
Oktyabrın 7-də Helsinkidə Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək millimiz həmin ayın 2-dən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alan PFL qarşılaşmanın vaxtını dəyişib.
 
“İnter” – “Zirə” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi oktyabrın 2-də deyil, sentyabrın 30-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right