Arif Əsədov: "İmicə görə "Şərurspor"dan imtina etdim"

"Neftçi"nin sabiq baş məşqçisi, hazırda isə işsiz qalan Arif Əsədovun müsahibəsi.
 
- Arif bəy, sizi yeni işiniz münasibəti ilə təbrik etmək olar?
- Hansı iş?
 
- Eşitdiyimizə görə, "Şərurspor”a baş məşqçi təyin olunursuz...
- Düzdü, gedim komandanın oyununa da baxdım. Klub prezidenti il də görüşümüz oldu. İki gündən sonra çempionat başlayır. Prezidentlə də danışığımız oldu ki, indi komandanı götürmək düzgün olmaz. Hansısa bir uğursuzluq birbaşa mənim adıma yazılacaqdı. Komandanı götürmək üçün heç olmasa gərək hazırlıq keçməyə vaxtın olsun. Öz  komandamı yığmalıyam ki, çempionata başlayım. Buna görə də razılıq vermədim. 
 
- Qış fasiləsindən sonra təyinatınız mümkündür?
- Ola bilər. Qış fasiləsinə yaxın gələn təklifləri dəyərləndirmək mümkündü. Mənim prinsipim budur ki, hansısa komandanı götürürsənsə, onu hazırlaşdırmaq üçün vaxtın olmalıdı. İki gündən sonra da çempionat başlayır. Belə halda komandanı meydana çıxarmaq imicə təsir edə bilər.
 
- Belə çıxır ki, sırf imicə görə təklifdən imtina etdiniz?
- Bəli. 
 
-Yeri gəlmişkən, Azərbaycan millisinin San Marino üzərində minimal hesablı qələbəsini şərh etmənizi istərdim. Sizcə, dünyanın ən zəif millilərindən olan "cırtdanlar”ı azlıqda qalmasına baxmayaraq, 1:0 hesabı ilə məğlub etmək ayıb deyil?
- İlk oyun idi. Birinci oyunda qələbə qazanmaq hər zaman vacibdi. San Marino da 3 xal qazanılası rəqibdi. Düzdü, çətinliklə oldu. Komandamız ərazi üstünlüyünə də sahib idi. Sadəcə, qol imkanlarından yararlana bilmədilər. Hesab açılandan sonra 1 qol da vursaydıq, ardı gələrdi. Futbolda belədi də, yaratmaq müdafiə olunmaqdan çətindi. Əsas odur ki, seçmə mərhələyə qələbə ilə başladıq. Amma növbəti rəqiblərə qarşı çətin olacaq. Növbəti oyunlara başqa motivasiya ilə hazırlaşmaq lazımdı.
 
- Ötən gün Prosineçkinin yerində siz olsaydınız, uzun müddətdi oyun təcrübəsi olmayan Kamran Ağayevə şans verərdiniz? "Cırtanlar”ın hücum etmək şansının çox az olacağını bilə-bilə...
- Yəqin ki, baş məşqçi də bunu nəzərə alıb. Bu, baş məşqçinin şəxsi işidi. Kamran millinin əsas qapıçısıdı. Görünür, 10 günlük təlim-məşq toplanışı müddətdə özünü yaxşı tərəfdən göstərə bilib. Elə rəqibin az hücum edəcəyini nəzərə alaraq, Kamrana şans verib.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right