"Qəbələ" Moldova klubuna qalib gəldi

Hazırda Ukraynada təlim-məşq toplanışı keçirən "Qəbələ" hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. 

Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb və komandamızın qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə Rəşad Eyyubovun qolu isə yekun nəticəni müəyyənləşdirib - 2:0.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right