Milli komandaların oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, "sarı-göylər"in rəqii birinci divizionda mübarizə aparan "Şərurspor" olub.
Qarşılaşma Şahin Diniyevin yetirmələrinin qələbəsi ilə başa çatıb. Gəncəlilər rəqib qapsından üç cavabsız qol keçirib. Premyer Liqa klubunun qollarına Nicat Qurbanov (2) və Julien Ebah imza atıblar.