Millimiz Macarıstana 7 qolla qalib gəldi

Çimərlik futbolu üzrə milli komandamız FIFA Dünya Kuboku-2017 turnirində ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3. 

Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.
 
Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right