"İnter"də Zaur Svanadzenin yerinə alman məşqçi?

Kaxaber Sxadadzenin “İnter”dən gedişindən sonra bu komandanın əvvəlki illərlə müqayisədə zəifləyəcəyi ehtimal edilirdi. Maliyyə azaldı, bəzi futbolçular çıxıb getdilər. Lakin həmyerlisinin yerinə keçən Zaur Svanadze “İnter”də ortaya yaxşı iş qoya bildi. Düzdü, əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi də aşağıdı. Amma bu, Svanadzenin işinə kölgə gətirməli deyil.

Bir müddət əvvəl “İnter” PİK-in Müşahidə Şurasının sədr vəzifəsinə almaniyalı Johann Engbrecht seçilib.

Newsport.az-ın əldə etdiyi məlumata görə, sədr baş məşqçi vəzifəsinə öz həmyerlisini gətirmək istəyir. Artıq bu barədə bank rəhbərliyinə də niyyətini bildirib. Lakin bank rəhbərliyi hələki bu məsələylə bağlı qərar verməyib. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right