Gürcüstanda keçirilən təlim-məşq toplanışı zamanı "İnter"in heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, bu ölkənin "Samtderia" klubu ilə baş tutan yoxlama görüşündə "bankirlər"in aparıcı futbolçularında olan Adrian Skarlatake zədələnib. Rumıniyalı müdafiəçi 2-3 həftəlik sıradan çıxıb.
Təcrübəli futbolçu komandanın məşqlərində iştirak edə bilmir. Skarlatake 4-cü turda "İnter"in "Sumqayıt"la keçirəcəyi matçı da buraxmalı olacaq.