"Qarabağ"da son matçlarda oynamırdım. Ehtiyatda qalmaq istəmirdim. Ehtiyatda qalmaq ziyanımadır. İndi mənim oynayan vaxtımdır. "Zirə"dən təklif gəldi və qəbul etdim. Burada olmaq mənim üçün xoşdur".
Newsport.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"la keçirilən hazırlıq matçından sonrav "Zirə"nin yeni transferi Cavid Tağıyev səsləndirib.
24 yaşlı yarımmüdafiəçi yeni komandasındakı hədəflərindən də danışıb: "Zirə"yə keçməkdə əsas öz istəyim oldu. Fikirləşdim ki, bura mənim üçün daha yaxşı olar. Qurban müəllimin də məsləhəti oldu. O da "Qarabağ"da oynadığıma görə təşəkkür etdi". "Qarabağ"dan gəlmişəm, bu o demək deyil ki, əsas heyətdə daima yerim hazırdır. Kim yaxşı olacaqsa o da əsas heyətdə oynayacaq. Əsas hədəfim komandam üçün əlimdən gələnin ən yaxşısını etməkdir. "Zirə" ötən mövsümü 2-ci pillədə başa vurub. Bu il də medallar uğrunda mübarizə aparmaq istəyirik".