"İnter" qayıdır

Milli komandaların oyunlarıyla əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstana təlim-məşq toplanışına yollanan "İnter" qonşu ölkədəki hazırlığını başa vurub.

Newsport.az-ın məlumatına görə, "bankirlər" sentyabrın 1-də, axşam məşqində ikitərəfli oyunla Gürcüstandakı təlim-məşq toplanışına yekun vurub.

Komanda bu gün ölkəyə qayıdacaq. Sentyabrın 4-də "İnter Arena" stadionunda yenidən bir araya gələcək kollektiv 4-cü turun oyununa hazırlaşacaq. 

Qeyd edək ki, toplanış çərçivəsində bir yoxlama oyunu keçirən "İnter", yerli "Samtredia"nı 2:0 hesabıyla məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right