UEFA nümayəndəsi "Dalğa Arena" və Respublika stadionunda

"Qarabağ"ın  Avropa Liqasında Çexiya "Slovan"ı ilə ev oyununu keçirmək istədiyi "Dalğa Arena"ya UEFA nümayəndəsi baxış keçirib.
 

Newsport.az-ın məlumatına görə, bu barədə stadionun direktoru Vüqar Haşımov məlumat verib.

Onun sözlərinə görə, Avropa futbol qurumunun nümayəndəsi Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla birgə arenanı gəzib. Daha sonra onlar "Qarabağ"ın uzunmüddətli icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionuna gediblər.
 
Qeyd edək ki, Respublika stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyündən, "Slovan"la oyunun "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulub. Qarşılaşma sentyabrın 15-də saat 19:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right