"Sumqayıt" "Zirə"ni yenə məğlub etdi

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" "Zirə" ilə yoxlama matçı keçirib.
Newsport.az-ın məlumatına görə, "Kapital Bank Arena"da baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib.
Belə ki, "kimyaçılar"ın üzvü Amil Yunanovun 60-cı dəqiqədə başla vurduğu qol "Sumqayıt"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, bu komandalar arasında Premyer Liqanın ilk turunda keçirilən qarşılaşma da Samir Abasovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right